“Torino” “Neftçi”nin sabiq futbolçusu ilə maraqlanır
“Neftçi”nin sabiq oyunçusu Mateus Saldanya Seria A klublarından “Torino”nun radarına düşüb.
Sportline.az sporx-ə istinadla xəbər verir ki,”Torino” klubu,”Fənərbaxça” və “Sevilya”nın da maraqlandığı Saldanyanı heyətinə qatmaq istəyir.
Xəbərdə bildirilir ki,”Fənərbaxça” oyunçu üçün 6 milyon avro ödəməyə hazırdır. ”Torino”nun baş məşqçisi İvan Yuriç də brazilyalını transferində maraqlıdır.
Bu mövsüm “Partizan”ın heyətində 18 oyuna çıxan Saldanya 14 qol , 5 asistlə yadda qalıb.