"Tottenhem"in istədiyi futbolçu "Çelsi"də qalacaq
"Tottenhem"in istədiyi futbolçu "Çelsi"də qalacaq.
Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Konor Qallaqer "Çelsi" klubunda qalmaq istədiyini və "Tottenhem"ə keçmək barədə düşüncəsinin olmadığını bildirib.
"Tottehnem" rəsmilə isə "zadəganlar"dan futbolçunu transfer etmək üçün lazım olan hər şeyi edəcəklərini bildiriblər.
Qeyd edək ki, Konor Qallaqer bu mövsüm "Çelsi" forması ilə çıxdığı 35 oyunda 4 qol, 6 asistlə yadda qalıb.