"Tottenhem"in futbolçusu məyusluğunu gizlətməyib

"Tottenhem"in ispaniyalı futbolçusu məyusluğunu dilə gətirib.

Sportline.az xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi Sercio Requlion açıqlamasında :" Mən nə baş verdiyini anlamıram. Mövsümün əvvəlində Posteçoğlu da mənə güvənirdi. Xoşbəxt idim. İndi isə hər şey tərsinə gedir. Performanımda geriləmə var, bunu özüm də hiss edirəm. Bu vəziyyət məni çox məyus edir. Nə edəcəyimi qətiyyən bilmirəm",-deyib. 

Qeyd edək ki, Sercio Requlion karyerası ərzində "Brentford" , "Sevilya", "Real Madrid", "Atletiko Madrid" və "Mançester Yunayted" klublarında çıxış edib.