Totti "Roma"ya qayıdır?
"Roma"nın əfsanəsi Françesko Totti Roma klubuna qayıtmaq istədiyini qeyd edib.
Sportline.az As-a istinadla xəbər verir ki, o, həmçinin əlavə edib ki, Joze Mourinyonu dünyanın ən yaxşı məşqçisi hesab edir.
“Müəyyən bir rolla “Roma”ya qayıtmaq istərdim. Mən Mourinyo ilə işləmək istərdim, o bir nömrədir, ona çox hörmət edirəm. Karyeramda onunla məşq etmədiyimə görə peşmanam. “Roma”da bilirlər ki, ciddi işlərdə mənə ehtiyac olsa, onlara kömək etməkdən məmnun olaram" - deyə Totti bildirib.