"Trabzonspor" Almaniya klubunun futbolçusunu transfer edib
Türkiyə nəhənglərindən olan "Trabzonspor" klubu "Borussiya Dortmund"un futbolçusunu transfer edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qaradəniz fırtınası" "sarı-qaralar"dan Tomas Munyeri heyətinə qatıb. Təcrübəli futbolçunun təxminən yarımsaat ərzində İstanbulda olacağı bildirilib.
Beçikalı sağ cinah müdafiəçisi Türkiyə klubunda oynayacağı üçün həyəcanlı olduönu və komandanın gələcək planlanlarını çox bəyəndiyini bildirib.
Qeyd edək ki, Tomas Munyer "Borussiya Dortmund"da cəmi 8 oyunda meydana çıxan futbolçu "Trabzonspor"klubu ilə 2 illik müqavilə imzalayacaq.