"Trabzonspor" daha bir futbolçu ilə razılıq əldə edib
"Trabzonspor" klubu fransalı cinah müdafiəçisi ilə şəxsi razılıq əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə klubu 24 yaşlı fransalı futbolçu Erik Cunyor Bokat üçün Belçika klubu ilə danışıqları yekunlaşdırıb.
"Truiden" klubuna məxsus olan futbolçu karyerasını Türkiyə Super liqasında davam etdirmək istədiyini bildirib və keçidin bu həftəsonunadək gerçəkləşəcəyi deyilib.
Qeyd edək ki, Erik Juniyor Bokat bu mövsüm çıxdığı çıxdığı 25 oyunda 1 qol, 3 asistlə yadda qalıb.