“Trabzonspor” fransalı futbolçunun keçidini dayandırıb
Fransalı futbolçunu transfer etmək istəyən "Trabzonspor" keçidi dayandırıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "bordo-mavilər"in transfer etmək istədiyi Erik Cunyor Boka komanda ilə yenidən məşqlərə çıxıb.
Belçikanın "Truiden" klubuna məxsus olan 24 yaşlı cinah müdafiəçisi Türkiyəyə gəlməyə hazırlaşsa da "Trabzonspor" klubu son anda transfer fikrindən danışın.
Qeyd edək ki, fransalı futbolçu bu mövsüm çıxdığı 25 oyunda 3 qol, 1 asistlə yadda qalıb.