"Trabzonspor" gənc ulduzu ilə vidalaşdı
"Trabzonspor"da növbəti ayrılıq yaşanıb.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, "qara dənizlilər" gənc ulduz Emrehan Gedikli ilə yolları ayırıblar.
2021-2022 mövsümündə tranfer olunan futbolçu ötən mövsümü Avstriyanın "Listenau" komandasında icarədə keçirmişdi.
Yeni mövsümün əvvəlində Trabzona qayıdan 20 yaşlı futbolçunun hazırkı durumu klub rəhbərliyini qane etməyib.