"Trabzonspor" iki futbolçunu kənarlaşdırdı
"Trabzonspor" klubu iki futbolçusunu cəzalandırıb.
Sportline.az "NTV Spor"a istinadla xəbər verir ki, "qara dənizlilər" Adulkadir Ömür və Umut Bozokun komandadan ayrı məşq edəcəyini açıqlayıblar.
Bundan əlavə, klub nizam intizam qaydaları çərçivəsində hər iki fubolçu ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, sözügedən oyunçular bəlli olmayan səbəblərdən "Manisaspor"la kubok matçının hazırlığına qatılmayıblar.