"Trabzonspor" İngiltərə klubunun futbolçusu ilə maraqlanır

Növbəti mövsüm Türkiyəni Avropada təmsil edəcək "Trabzonspor" heyətini fransalı futbolçu ilə gücləndirmək istəyir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Qaradəniz təmsilçisi Vest Bromviçdə çıxış edən Sedrik Kipreni heyətinə qatmaq istəyir.

27 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonu başa çatıb.

1.93 boylu Fildişi Sahilli müdafiəçinin Fransa vətəndaşlığı olduğu da bildirilir.

Qeyd edək ki, Sedrik Kipre bu mövsüm Çempionşipdə çıxdığı 48 oyunda 3 qol vurub, 1 asist edib.Onun hazırki transfer dəyəri 2.5 milyon avrodur.