"Trabzonspor" ispaniyalı ulduzun transferinə hazırlaşır
“Trabzonspor”un baş məşqçisi Abdullah Avcı Madrid “Real”inın keçmiş futbolçusu İskonun xidmətində maraqlıdır.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, mövsümün sonunda “Real Betis”lə müqaviləsi bitəcək 31 yaşlı futbolçu ilə danışıqlar başlanıb.
İskonun meneceri ilə şəxsi razılıq əldə olunduğu bildirilir.
Avcı “İspaniyalı futbolçunun transferində qərarlıyıq. Ən qısa zamanda müqaviləni imzalamağa çalışacağıq”, - deyib.
Qeyd edək ki, İsko bu mövsüm “Real Betis” forması ilə çıxdığı 17 oyunda 3 qol 3 asistlə yadda qalıb.