"Trabzonspor" klubu futbolçusu üçün 8 milyon avro tələb edib

"Trabzonspor" klubu Abdülkadir Ömür üçün "Hall Siti" klubundan 8 milyon avro tələb edib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qaradənizlilər" 25 yaşlı yarımmüdafiəçi üçün Niderland, İngiltərə və Fransa klublarının təklif göndərdiklərini bildiriblər. 

"Hall Siti" klubu isə Abdülkadir Ömür üçün maksimum ödəyə biləcəyi məbləğin 5 milyon olduğunu deyib. "Trabzonspor" rəsmiləri isə təklifi qəbul etməyiblər. 

Qeyd edək ki, Abdülkadir Ömür bu mövsüm "Trabzonspor" forması ilə çıxdığı 17 oyunda 6 asistlə yadda qalıb.