"Trabzonspor" kolumbiyalı ulduz futbolçuyla maraqlanır
Türkiyənin "Trabzonspor" klubu kolumbiyalı ulduz futbolçu Xames Rodriqezi trasnfer edə bilər.
Sportline.az Skysports.coma istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin meneceri futbolçunu Qaradəniz klubuna təklif edib.
"Trabzonspor" rəsmiləri futbolçunun transferi ilə bağlı hazırda çıxış etdiyi "Sau Paulo" klubu ilə görüşmələrə başlayacaq.
Qeyd edək ki, Xames Rodriqezin Transfermarktda hazırki dəyəri 6 milyo avro olaraq göstərilib.