"Trabzonspor"-"Qalatasaray" matçının baş hakimi bəlli olub

"Trabzonspor"-"Qalatasaray" matçını türkiyəli referi Abdülkadir Bitigen idarə edəcək. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Super liqasının  21-ci turunda İstanbul nəhəngi Qaradəniz təmsilçisi ilə üz-üzə gələcək. 

Meydan sahiblərindən zədəli  Densvil, Onuaçu, Orsiç, Pepe və Trezeqe komandasına kömək edə bilməyəcək. Qonaqlarda isə Bakambu, İkardi, Oliveyra və Hakim Ziyeş Okan Burukun sərəncamında olmayacaq. 

Qeyd edək ki, görüş yanvar ayının 21-də saat 20:00-da başlanacaq.