"Trabzonspor" rusiyalı futbolçunun transferinə hazırlaşır
"Trabzonspor" heyəti gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi Moskva "Lokomotiv"inin futbolçusu Anton Mirançukla ciddi maraqlanır.
Bu haqda "FutsHaber" məlumat yayıb.
Onun sözlərinə görə, trabzonlular yaxın günlərdə bununla bağlı danışıqlara başlayacaqlar.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm çıxdığı 17 oyunda iki qol və 3 asist müəllifidir.