"Trabzonspor" Şeydayevlə bağlı yekun qərarını verdi

Bu gün "Trabzonspor" klubunun fövqəladə iclası keçirilib. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Ərsun Yanalın da iştirak etdiyi iclasda komandanın ilk dövrədəki çıxışı müzakirə olunub.Yekunda bəzi futbolçuların göndərilməsi qərara alınıb.

Qərara əsasən, Azərbaycan millisinin üzvü Ramil Şeydayev, eləcə də, Hun Yun Suk, Luis İbenez, Güray Vural və Muhammet Demirin göndərilməsinə qərar verilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mətbuatında R.Şeydayevin icarəyə veriləcəyi xəbərləri yayılıb.