"Trabzonspor" yeni transferi rəsmiləşdirdi
"Trabzonspor" heyəti daha bir futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, "qara dənizlilər" monteneqrolu yarımmüdafiəçi Oqnen Bakiçin keçidini həll ediblər.
20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Bakiçin son klubu "Osiyek" olub.