"Trabzonspor" daha bir futbolçu ilə yollarını ayırıb
Ötən günlərdə Nikolas Pepe və Paul Onaçu ilə yollarını ayıran "Trabzonspor" daha bir futbolçunun ayrılığını açıqlayıb.
Sportline.az xəbər verir ki, xorvatiyalı futbolçu Filip Benkoviç İnstaqram hesabından etdiyi paylaşımda Qaradəniz təmsilçisi ilə vidalaşıb.
Mövsümün əvvəlində "Udineze"dən heyətə cəlb olunan 26 yaşlı müdafiəçi Super Liqada çıxdığı 16 oyunda 2 qol vurub.
Qeyd edək ki, "Dinamo" Zaqrebin yetirməsi olan Filip Benkoviç daha əvvəl "Seltik" və Ayntraxt "Braunşveyq" klublarında çıxış edib.