"Trabzonspor"un Avropa Liqasında mümkün rəqibləri

UEFA Avropa Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq "Trabzonspor"un mümkün rəqibləri müəyyənləşib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, iyunun 19-da keçiriləcək püşkatmada Türkiyə təmsilçisinin mümkün rəqibləri aşağıdakılardır:

"Silkeborq" (Danimarka)

"Kilmarnok" (Şotlandiya)

"Panatinaikos" (Yunanıstan)

"Voyvodina" (Serbiya)

"Visla Krakov" (Polşa) -turu keçərsə

"Pafos" (Kipr) -turu keçərsə

"Paks" (Macarıstan) -turu keçərsə

"Tobol" (Qazaxıstan) -turu keçərsə

Qeyd edək ki, "Trabzonspor" ilk Avropa oyununa iyulun 25-də çıxacaq.