"Trabzonspor"un Türkiyə kuboku finalı üçün heyəti açıqlanıb

Ziraat Türkiyə Kubokunun finalında "Beşiktaş"la qarşılaşacaq "Trabzonspor" matç üçün heyətini təqdim edib.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, heyətdə 27 oyunçu yer alıb.

Qeyd edək ki, "Beşiktaş" ilə "Trabzonspor" arasında keçiriləcək final qarşılaşması mayın 23-də saat 21:45-də başlanacaq.