"Trabzonspor"un yeni hədəfi

Marko Pelleqrino karyerasını “Trabzonspor”da davam etdirə bilər.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Trabzonspor” 21 yaşlı gənc futbolçu üçün “Milan”a 3,5 milyon avro təklif edib.

İtaliya nəhənginin futbolçunun trasnferinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Marko Pelleqrino “Milan” forması ilə çıxdığı 17 oyunda 1 qol ilə yadda qalıb.