"Traktor" klubunda nə baş verir?

Təbrizin "Traktor" klubunun prezidenti Qulam Rıza Sadiqian da istefa verib.

Sportline.az xəbəbr verir ki, o, qərarını Mustafa Denizlinin gedişindən 3 gün sonra açıqlayıb.

Sadiqian bəzi futboldankənar insanların "Traktor"un uğurlarını istəmədiyini bildirib.

Klub rəsmisinin fikrincə, həmin şəxslər Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər. 

Qeyd edək ki, son turda "Maşınsazi"yə uduzan "Traktor", 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.