Trinkao karyerasını İngiltərədə davam etdirəcək

“Sportinq”in portuqaliyalı futbolçusu Fransisko Trinkao mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda “Rekord” nəşri məlumat yayıb.

“Mançester Yunayted”, Arsenal” və “Nyukasl” Trinkao ilə yaxından maraqlanır.

25 yaşlı futbolçunun “Sportinq”lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Trinkaonun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 9 qol və 15 asistlə yadda qalıb.