"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub
Sportline.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.
Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.
Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.
Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcəyi bildirilib.