Türkiyə: Elitaya vəsiqə uğrunda finalın adı məlum olub

Türkiyə 1-ci liqasında elitaya vəsiqə uğrunda mübarizə davam edir.

Sportline.az xəbər verir ki, yarımfinalın ikinci görüşündə "Bodrumspor" 0-0 hesabı ilə bitən matçın penaltilər seriyasında "Çorum"u  5-4 hesabı ilə məğlub edərək finala yüksəlib.

Çorumda keçirilən ilk oyun 1-1 hesabı ilə nəticələnmişdi.

"Bodrumspor" Super Liqaya vəsiqə uğrunda həlledici görüşdə "Sakaryaspor" ilə qarşılaşacaq.

Qeyd edək ki, 1-ci liqada ilk 2 pillədə qərarlaşan "Eyupspor" və "Göztəpə" komandaları növbəti mövsüm Super Liqada çıxış edəcəklər.