Türkiyə Futbol Federasiyası yeni qərar qəbul etdi
Türkiyə Futbol Federasiyası "VAR"la bağlı yeni qərar qəbul edib.
Sportline.az xəbər verir ki, TFF rəsmiləri yeni qərarla bağlı açıqlmalarında :"VAR"da qəbul edilən qərarlar "Youtube" və "Facebook" sosial şəbəkələrində yayımlanacaq. Azarkeşlər qərarların doğru və ya yalnış olduğunu biləcəklər",-deyiblər.
Türkiyə klubları isə bu qərarın hesaba heç bir təsir göstərməyəcəyini və mənasız olduğunu bildiriblər.
Qeyd edək ki, azarkeşlər də bu qərarla bağlı TFF-yə etiraz ediblər.