Türkiyə klubu Avropa nəhənglərini qabaqlayıb

Türkiyə klubu Avropa nəhənglərini qabaqlayıb.

Sportline.az xəbər verir ki, "Fənərbağça" klubu Avropanın ən yaxşı 10 liqasında ən çox qol vuran 2-ci komanda olub. 

Siyahıya 70 qolla "PSV" başçılıq edir. "Fənərbağça" 68 qolla 2-ci, "Bavariya" isə 61 qolla 3-cüdür. "Liverpul" və İnter hərəyə 59 qolla 4-5-ci pillələri bölüşür. 

Qeyd edək ki, "Fənərbağça" klubu UEFA Konfrans Liqasında mübarizə aparır. Türkiyə Super Liqasında isə 67 xalla 2-cidir.