Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Super Liqa komandalarından "Samsunspor" baş məşqçi Markus Qisdolla yolların ayrıldığını açıqlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssis bu mövsümün əvvəlindən komandaya rəhbərlik edirdi.

"Samsunspor" Qisdolun başçılığı altında çıxdığı 32 oyunda 13 qələbə, 9 heç heçə, 10 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Qaradəniz təmsilçisi Super Liqada 37 həftədən sonra 43 xalla 12-cidir.