Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Türkiyə 1-ci liqa komandalarında "Gənclərbirliyi" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi hesabından məlumat yayıb.

42 yaşlı çalışdırıcı 2023-cü ilin yanvar ayından "Gənclərbirliyi"nə rəhbərlik edirdi.

Qeyd edək ki, "Gənclərbirliyi" Türkiyə 1-ci liqasında mövsümü 51 xalla 8-ci pillədə tamamlayıb.