Türkiyə klubu ekvdorlu futbolçu ilə maraqlanır

Türkiyə klubu "Sparta Praq"nın futbolçusunun transferində maraqlıdır. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk cinah müdafiəçisi Anxelo Presiadonun performansına heyran qalıb. 

Təcrübəli mütəxəssis komanda rəsmiləri ilə görüşərək ekvadorlu futbolçunun mövsüm sonunda transfer olunmasını istəyib.

Qeyd edək ki, Anxelo Presiado bu mövsüm "Sparta Praq" forması ilə çıxdığı 16 matçda 2 qol, 4 asistlə yadda qalıb.