Türkiyə klubu ulduz futbolçuların menecerinə 7,5 milyon avro ödəyəcək

Türkiyə klubu ulduz futbolçuların menecerinə 7,5 milyon avro ödəyəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Lukas Toreyra, Dris Mertens, Nikolo Zaniolo, Tanquy Ndombele, Hakim Ziyeş və Mauro İkardinin meneceri Ceorci Gardi futbolçuların keçidindən 7,5 milyon avro gəlir əldə edib.

"Qalatasaray" rəsmiləri təcrübəli menecerlə görüşərək ödənişin necə olunacağını müzakirə ediblər. Ceorci Qardi ümumilikdə 15 milyon avroya gələn futbolçuların klubdan ayrılarən ən az 25 milyon avro gəlir gətirəcəklərinin qarantisini verib. 

Qeyd edək ki, Ceorci Qardi "Qalatasaray" rəsmiləri ilə görüşərək ödəməni hissələrə bölərək vermələrini istəyib.