"Fənərbağça"dan "Gənclərbirliyi"nə
Türkiyə 1-ci liqa təmsilçisi Genclerbirliyində baş məşqçi postuna yeni təyinat gerçəkləşib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bundan sonra baş məşqçi vəzifəsini Recep Karatepe icra edəcək.
Recep Karatepe ötən mövsüm Fənərbağçada köməkçi məşqçi vəzifəsində çalışıb.
Qeyd edək ki, 46 yaşlı çalışdırıcı ilə müqavilə 1+1 illik imzalanıb.