Türkiyə klubunda baş məşqçi istefası

Türkiyə Super Liqası təmsilçisi "Antalyaspor” baş məşqçisi ilə yolları ayırıb.

 Sportline.az xəbər verir ki, Antalya klubunun rəhbərliyi Tamer Tunanı istefaya göndərib.

Buna 44 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığı səbəb olub. Tuna "Başakşəhər”lə ötən turun görüşündən sonra klubun transfer siyasəti ilə öz hədəflərinin üst-üstə düşmədiyini açıqlamışdı.

Qeyd edək ki, 2019/20 mövsümünün gedişində bu posta təyin olunan baş məşqçi 29 matçda komandaya rəhbərlik edib. Bu müddətdə 11 qələbə qazanan komanda 12 heç-heçə edib və 6 dəfə uduzub.