Türkiyə klubunda istefa
"Kayserispor"un baş məşqçisi Bayram Bektaşla yolları ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin saytı məlumat yayıb.
Bildirilib ki, Super Liqanın VII turunda "Rizespor"la səfər oyunundan sonra Bayram Bektaş və onun köməkçiləri ilə yollar ayrılıb. Tərəflər qarşılıqlı razılıq əsasında vidalaşıblar.
Bayram Bektaş bu ilin avqustundan "Kayserispor"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümdə keçirdiyi 6 oyunda cəmi 6 xal toplaya bilib və 17-ci pillədə qərarlaşıb.