Türkiyə kuboku finalının hakimi açıqlanıb

Türkiyə kuboku finalında keçiriləcək "Trabzonspor"-"Beşiktaş" oyununun hakimi müəyyənləşib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, görüşü türkiyəli hakim Ali Şansalan idarə edəcək.

Yan xətdə ona Serkan Ok və Sekran Olguncan yardımçı olacaq.

Qeyd edək ki, final qarşılaşması mayın 23-də "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək .