Türkiyə kubokunun ¼ final mərhələsinin püşkü atıldı

Futbol üzrə Türkiyə kubokunda ¼ final mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, yarımfinala çıxış uğrunda bu cütlər mübarizə aparacaq:

“Trabzonspor” - “Başakşehir”
“Beşiktaş” - “Konyaspor”
“Ankaragücü” - “Fənərbağca”
“Qalatasaray” - “Karagümrük”

Fevralın 27-si, 28-i və 29-unda keçiriləcək ¼ final mərhələsi bir oyundan ibarət olacaq.