Türkiyə mətbuatı: Prosineçki "Bursaspor"la razılığa gəlib

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "Bursaspor"la razılığa gəlib. SportLine.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

"Hürriyet"in yazdığına görə, "Bursaspor" rəsmiləri ilə xorvat mütəxəssis arasında keçirilən görüşün nəticəsində tərəflər 2.5 illik müqavilə qol çəkməyə razı olublar. Qəzet yazıb ki, R.Prosineçki yaxın günlərdə Bursaya gedərək müqaviləyə imza atacaq.

Qeyd edək ki, ötən həftənin sonu "Bursaspor" baş məşqçisi Həmzə Həmzoğlunu istefaya göndərib.

Xatırladaq ki, R.Prosineçki 2014-cü ilin dekabrın əvvəllərində millimizə baş məşqçi təyin olunub. Onunla müqavilənin müddəti 2017-ci ilin dekabrında başa çatır.