Türkiyə mətbuatı Qarabağ”ın oyunçusundan yazır

“Qalatasaray” qış transfer mövsümü bitmədən heyətini ən az bir sol cinah müdafiəçisi ilə gücləndirmək istəyir.

Sportline.az xəbər verir ki, bu mövqe üçün sarı –qırmızılıların gündəmində 2 oyunçu var: Derrik Kön və Toral Bayramov.

Demirören Haber Ajansının xəbərinə görə, Türkiyə klubunun idman direktoru Cenk Ergün Toral Bayramovu izləmək üçün Azərbaycana gələrək “Səbail”-“Qarabağ” oyununda olub.

 Maraq dairəsində olan digər oyunçu “Hannover 96”-da çıxış edən Derrik Köndür.

Xəbərdə bildirilir ki,”Hannover” oyunçu üçün “Qalatasaray”dan 3.5 milyon avro tələb edir.

Futbolçunun özü də transferə müsbət yanaşır.