Türkiyə millisi hazırlıqlara start verib
Futbol üzrə Türkiyə Milli Komandası 2024-cü il Avropa Çempionatına (AVRO-2024) hazırlığın ilk mərhələsinə başlayıb.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Milli komanda Montellanın rəhbərliyi altında dünən və bu gün məşq prosesi keçib.
Keçirilən məşqlərdə video analiz görüntüləri ilə yanaşı fitnes mərkəzində güc və dözümlülük, meydançada isə ötürmə, top tutma və topdan kənar oyun hərəkətləri həyata keçirilib.
Qeyd edək ki, Türkiyə millisi sabah saat 11:30-da keçirəcəyi məşqlərlə hazırlıqlara davam edəcək.