Türkiyə millisinin baş məşqçisi ilə müqavilə bağlanıldı
Vinçenso Montella bu gündən etibarən Türkiyə millisinin yeni baş məşqçisidir.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis TFF Hasan Doğan bazasında Türkiyə seçməsi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Montella karyerası ərzində, “Roma” “Kataniya” “Fiorentina” “Sampdoriya” “Milan” “Sevilya” və “Adana Demirspor”un çalışdırıcısı olub.