Türkiyə nəhəngi 22 yaşlı futbolçu ilə maraqlanır
Türkiyə nəhəngi 22 yaşlı cinah hücumçusunun transferində maraqlıdır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray" klubunun rəsmiləri "Eintxoven"də çıxış edən cinah hücumçsu Eren Dinkçini transfer etmək istədiklərini deyiblər.
Almaniya klubu futbolçunun keçidi ilə bağlı görüşmələri qəbul edib və keçidlə bağlı şərtlərin müzakirə olunacağını bildirib.
Qeyd edək ki, Eren Dinkçi bu mövsüm çıxdığı 21 oyunda 8 qol, 2 asistlə yadda qalıb.