Türkiyə nəhəngi Lukas Vasqesin transferində maraqlıdır
Türkiyə nəhəngi ispaniyalı cinah müdafiəçisi Lukas Vasqes üçün təklif göndərəcək.
Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, "Qalatasaray" klubu Saşa Boeyin "Bavariya"ya keçidindən sonra boş qalan mövqey üçün ispaniyalı futbolçunu transfer etmək istəyir.
"Real Madrid" klubu ilə mövsüm sonunda müqaviləsi başa çatan futbolçu Avropa klublarında çıxış etmək istdəyini bildirb.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm çıxdığı 20 görüşdə 1 qol, 3 asistlə yadda qalıb.