"Fənərbağça" zambiyalı futbolçunun transferində maraqlıdır
"Fənərbağça" zambiyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı lacivərtlər" İtaliyanın "Lecce" klubunda çıxış edən 23 yaşlı Lamik Bandanın transferində maraqlıdır.
"Fənərbağça" klubunun mövsüm sonunda futbolçu üçün rəsmi təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, İstanbul nəhənglərindən olan "Beşiktaş"ın da gənc futbolçu üçün transfer yarışına qatılacağı deyilib.