Türkiyə nəhəngləri bu futbolçu üçün mübarizə aparıb

Türkiyənin top-klubları yay mövsümündə “Spartak”ın 27 yaşlı yarımmüdafiəçisi Anton Zinkovski ilə maraqlanıb.

Sportline.az xəbər verir ki, Moskva klubu futbolçunu satmaqdan qəti şəkildə imtina edib.

27 yaşlı Zinkovski 2022-ci ilin iyulundan "Spartak"da çıxış edir. Ümumilikdə o, Moskva klubunda 50 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə verib.