Türkiyə nəhəngləri "Yuventus"un futbolçusunu istəyirlər

Türkiyə nəhəngləri "Yuventus"un serbiaylı yarımmüdafiəçisini istəyirlər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" klubu 31 yaşlı yarımmüdafiəçi Filip Kostiçi heyətinə qatmaq istəyir. 

"Yuventus" klubunun Türkiyə nəhənglərindən minimum 9-10 milyon avro dəyərində təklif göndərməsini tələb edib. 

Qeyd edək ki, Filip Kostiç bu mövsüm "Yuventus" forması ilə çıxıdğı 24 oyunda 4 asistlə yadda qalıb.