Türkiyə Super Kubokunun oynanacağı yer bəlli oldu
Türkiyə Super Kubokunun oynanacağı yer bəlli olub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Şanlı Urfaspor" komandasının rəsmiləri sosial media hesablarından paylaşım edərək :"Super Kubok şəhərimiz üçün xeyirli olsun",-deyiblər.
Klub prezidentinin köməkçisi Mustafa Çadırcı isə Super Kubok matçının hazırlıqlarına ən qısa zamanda başlayacaqlarını bildirib.
Qeyd edək ki, görüşün hansı tarixdə keçiriləcəyi hələ də məlum deyil.