Türkiyə Super Liqasında mövsümün rəmzi heyəti açıqlanıb
Opta statistik portalı Super Liqada 2023/2024 mövsümünün rəmzi heyətini təqdim edib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, həyətə "Qalatasaray"dan 6, "Fənərbağça"dan 3, "Kasımpaşa" və "Alanyaspor"dan isə hərəyə 1 oyunçu daxil edilib.
Qapıçı:Muslera
Müdafiəçilər: Barış Alper, Nelsson, Ciku, Ferdi.
Yarımmüdafiəçilər: Hayradinoçiv, Torreira, Mertens.
Hücumçular: Oğuz Aydın, Tadiç, İkardi.
Qeyd edək ki, Super Liqanı 25 qolla tamamlayan Mauro İkardi mövsümün bomardiri olub. Mertens isə mövsümün ən çox asist edən futbolçusu olub (16).