Türkiyə Super Liqasında yarımfinala yüksələn sonuncu komanda bəlli olub
Basketbol üzrə Türkiyə Liqasında yarımfinalın son iştirakçısı da müəyyənləşib.
Sportline.az xəbər verir ki, seriyanın 3-cü oyununda "Qalatasaray"ı qəbul edən "Karşıyaka" görüşdən 97-82 hesabı ilə qalib ayrılaraq növbəti mərhələyə yüksəlib.
Matçın ən məhsuldar basketbolçusu 28 xal, 5 ribaund, 5 asistlə Erik MekKollum olub.
Qeyd edək ki, "Karşıyaka"nın yarımfinaldakı rəqibi "Anadolu Efes" olacaq. Digər görüşdə isə "Fənərbağça" ilə "Beşiktaş" münasibətləri aydınlaşdıracaq.