Türkiyə Super Liqasını tərk edən 3-cü komanda məlum olub
Super Liqa ilə vidalaşan növbəti komanda bilinib.
Sportline.az xəbər verir ki, sonuncu həftədə "Fatih Karagümrük"ün "Samsunspor"u 3:1 hesabı ilə məğlub etməsindən sonra "Pendikspor"un riyazi olaraq liqada qalmaq şansı qalmayıb.
Qeyd edək ki, daha əvvəl aşağı liqaya düşəcəyi dəqiqləşən 2 komanda "Fatih Karagümrük" və "İstanbulspor" idi.