Türkiyə Super Liqasını tərk edən növbəti komanda məlum olub

Türkiyə Super Liqasını tərk edən ikinci komanda "Fatih Karagümrük" oldu.

Sportline.az xəbər verir ki, 37-ci turun oyununda səfərdə "Gaziantep FK"ya 3-1 hesabı ilə məğlub olan "Fatih Karagümrük"ün aşağı liqaya düşəcəyi dəqiqləşib.

Qeyd edək ki, Super Liqanı tərk edən ilk komanda isə həftələr öncə "İstanbulspor" olub. Son turdan sonra daha 2 komanda elita ilə vidalaşmalı olacaq.